Nurlan İsmayılbəyli: 55 min müəllimin əməkhaqqına əlavələr proqnozlaşdırılır


Bu günədək ümumilikdə sertifikasiya imtahanlarında uğur qazanan 55 min müəllimin əməkhaqqına əlavələr proqnozlaşdırılır.

Şəffaflıq.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il təkrar sertifikasiya imtahanlarında uğur qazanan müəllimlərim avqust ayında müsahibə mərhələsi təşkil edəcək.

MÜTDA rəsmisi həmçinin qeyd edib ki, builki imtahanlarda hər hansı texniki səhvlər qeydə alınmayıb.

N.İsmayılbəyli imtahanlarda müəllimlərin zəif nəticə göstərdiyi regionların adlarını da açıqlayıb:

"Sertifikasiyanın ümumi nəticələrinə görə, Lənkəran-Astara, Qarabağ və Mərkəzi Aran regional təhsil idarələrində müəllimlər zəif nəticə göstərib".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}