İranın dörd əyalətində meşə yanır


İranın dörd əyalətinə meşə yanğınını söndürmək üçün beş helikopter və bir su səpən “İl” təyyarəsi göndərilib.

Şəffaflıq.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran fövqəladə hallar qurumunun nümayəndəsi Hüseyn Zəfəri bildirib.

Onun sözlərinə görə, Xuzestan, İlam, Kermanşah və Lorestan əyalətlərində meşə yanğınlarının havadan və qurudan söndürülməsi üçün texnika və canlı qüvvə cəlb edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}