Bakıda beynəlxalq "Challenge" festivalında Şamaxı gimnast qızlar komandası 1-ci yerə layiq görülüb.-FOTO/VİDEO


Bakıda keçirilən gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turniri başa çatıb.

 

İki gün davam edən yarışda yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq, Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də xarici ölkələrdən, ümumilikdə 60-a yaxın komanda və 800-ə yaxın idmançı yer alıb.

Festivalda ustad dərsləri, komandaların yürüşləri, gimnastika hamı üçün növü üzrə çıxışlar və hər yaş qrupunun zövqünə xitab edən əyləncə proqramları nümayiş olunub.

 

Tədbirin sonunda qala şou keçirilib. Komandaların musiqi sədaları altında rəngarəng nömrələri qonaqlara və şəhər sakinlərinə xoş təsir bağışlayıb.

 

Festivalda məqsəd gimnastikanın təkcə idman deyil, həm də sağlam həyat tərzinin nümunəsi və əyləncə forması olduğunu nümayiş etməkdir.

Şəffaflıq.az-ın məlumatına görə,31 may-2 iyun 2024-cü il tarixlərdə Bakı şəhərində keçirilən Gimnastika hamı üçün növü üzrə 2-ci Bakı Beynəlxalq "Challenge" festivalında Şamaxı Olimpiya kompleksinin gimnast qızlar komandası heyratamiz çıxış edərək 1-ci yerə layiq görülüb və qızıl medal qazanıblar.Qələbə mübasibətilə Şamaxı komandasını təbrik edir, yeni-yeni uğurlar və qələbələr arzu edirik.

Qeyd edək ki,2023-cü ildə keçirilən festivalda da Şamaxı komandası 1-ci yeri qazanmışdır.


Komanda üzvləri:

İsayeva Ayşə

Əzimli Çiçək

Daşdizadə Ayan

Quliyeva Nərgiz

Xəlilova Fərəh

Abbaszadə Şəhla

Quliyeva Nəcibə

Bəşirova Ayşə

Qarayeva Aysel

Gimnast qızlarımızı təbrik edir,yeni-yeni qələbələr arzu edirik.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}