Yaponiyada miqrasiya qanunu sərtləşdirilib


Yaponiya hökuməti miqrasiya qanunvericiliyini sərtləşdirərək qaçqın statusu almaq cəhdlərinin sayına limit qoyub və onu pozanların deportasiyasına icazə verib.

Bu barədə Şəffaflıq.az TASS-a istinadən xəbər verir.

İndiyə qədər qaçqın statusu yoxlanışından keçən xarici vətəndaşlar bunu neçə dəfə və hansı səbəblərdən etsələr də ölkədən qovula bilməyiblər. Qüvvəyə minmiş dəyişikliklərə uyğun olaraq sığınacaq üçün üç dəfədən çox müraciət etmək olmaz.

Belə bir cəhd üçün ərizəçi qaçqın statusu almaq üçün ağlabatan əsas verməsə, onda Yaponiyadan deportasiya ediləcək. Qanunvericiliyin sərtləşdirilməsi son illər qaçqın kimi tanınması üçün müraciət edənlərin sayının artması ilə əlaqədardır. Ölkə səlahiyyətliləri, bəzilərinin Yaponiyada qalmaq və işləmək üçün açıq əsas olmadan qəsdən sənəd verdiklərini düşünürlər. 2022-ci ilin sonuna olan məlumata görə, Yaponiyada bu vəziyyətdə təxminən 4 min insan yaşayırdı.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}