Avropa Kuboku: Azərbaycanın basketbol milliləri təsnifat mərhələsində mübarizəyə başlayır


Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.

Şəffaflıq.az-ın məlumatına görə, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcək.

Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.

Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.

8 iyun

Kişilər

11:30. Ermənistan - Azərbaycan
16:10. Azərbaycan - Kosovo
19:40. Kipr - Azərbaycan

23:45. Azərbaycan - Albaniya

Qadınlar

17:50. Azərbaycan - Malta
23:20. Azərbaycan - Lüksemburq

Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}