Nazirlik rəsmisi: "Orta Dəhlizdə çatışmazlıqların aradan qaldırılması üçün ciddi işlər görülüb"


Orta Dəhlizin həcmi artan yüklərin daşınması ilə bağlı çatışmazlıqlarının aradan qaldırılması üçün ciddi işlər görülüb.

Şəffaflıq.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev Bakıda "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində bildirib.

O qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının Orta Dəhlizlə bağlı hazırladığı hesabatda çatışmazlıqlar göstərilib: "Biz onların aradan qaldırılması üçün işlər gördük və mühüm nəticələr əldə edildi. Təsadüfi deyil ki, bu gün Çindən yola salınan blok qatarlar görülən işlər nəticəsində 10-12 günə ünvanına çatdırılır. Biz hazırda potensialın daha da artırılması, rəqəmsallaşma istiqamətində işlər görürük".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}