ABŞ-da admiral rüşvət ittihamı ilə saxlanılıb


ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa və Afrikadakı və NATO Müttəfiq Qüvvələrinin Neapoldakı keçmiş komandanı admiral Robert Burk rüşvət almaqda ittiham olunaraq saxlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkədə Baş Prokurorluğun funksiyalarını yerinə yetirən ABŞ Ədliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

Sənədə əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüdə çıxmış admiralı və iki sahibkar hökumət müqaviləsi ilə bağlı saxlanılıb. Günahı sübuta yetirilərsə, Burku 30, onun iki şərikini isə 20 ilə qədər həbs cəzası gözləyir.

2021-ci ilin dekabrında Burk tabeliyində olanlara İtaliya və İspaniyada kadr hazırlığı üçün müqavilə əsasında iki biznesmenin şirkətinə 355 min dollar ayırmağı tapşırıb. Bütövlükdə Burk şirkətlə 2022-ci ilin oktyabr ayında işləməyə başlayıb, onun illik maaşı 500 min dollar olub.

İş ABŞ Müdafiə Nazirliyi və ABŞ Hərbi Dəniz Qüvvələrinin Cinayət Axtarış Xidmətləri, həmçinin Federal Təhqiqat Bürosu tərəfindən araşdırılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}