Əli Baqeri Kani: İran əleyhinə sanksiyaların ləğvi ilə bağlı danışıqlar hələ də davam edir


İran Prezidenti İbrahim Rəisinin ölümündən sonra sanksiyaların ləğvi ilə bağlı danışıqların dayanmayıb.

Şəffaflıq.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Baqeri Kani söyləyib.

“İsmarış mübadiləsi dayanmayıb və bu günə qədər də davam edir”, – diplomat vurğulayıb. Eyni zamanda o qeyd edib ki, “[İranda] nüvə fəaliyyətləri Ali Milli Təhlükəsizlik Şurasının nəzarəti altında davam edir”.

Baqeru Kani həmçinin Fələstin-İsrail münaqişəsini müzakirə etmək üçün bir sıra Yaxın Şərq ölkələrinə səfərlər edəcəyini açıqlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}