Səfirini çağıran Rusiya Ermənistana yardım təklif etdi
Rusiyanın İrəvandakı səfirliyi baş verən daşqınlardan sonra Ermənistan XİN-ə müraciət edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. Bildirilib ki, Rusiya səfirliyi yardım təklif edib, eyni zamanda həlak olanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını aydınlaşdırmaq istəyib. Qeyd edək ki, Ermənistanda baş verən daşqınlar nəticəsində ən azı 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Xatırladaq ki, Rusiya məsləhətləşmələr üçün Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırıb.
Xəbəri paylaş
Facebook-da paylaş