Əsas Səhifə > Dünya > Səfirini çağıran Rusiya Ermənistana yardım təklif etdi

Səfirini çağıran Rusiya Ermənistana yardım təklif etdi


26-05-2024, 23:58


Rusiyanın İrəvandakı səfirliyi baş verən daşqınlardan sonra Ermənistan XİN-ə müraciət edib.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya səfirliyi yardım təklif edib, eyni zamanda həlak olanlar arasında Rusiya vətəndaşlarının olub-olmadığını aydınlaşdırmaq istəyib.

Qeyd edək ki, Ermənistanda baş verən daşqınlar nəticəsində ən azı 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, Rusiya məsləhətləşmələr üçün Ermənistandakı səfiri Sergey Kopırkini geri çağırıb.


Geri qayıt