Ermənistanda şəhəri su basıb, ölən var


Ermənistan Daxili İşlər Nazirliyi Debed çayında daşqın nəticəsində baş vermiş hadisələrlə bağlı məlumat yayıb.

Şəffaflıq.az xəbər verir ki, daşqın nəticəsində Vanadzor-Alaverdi avtomobil yolunun bir hissəsi uçub, Ayrum stansiyası yaxınlığındakı küçədə bir sıra evləri su basıb, “Opel” markalı minik avtomobili çaya düşüb və ehtimal edilir ki, bir nəfər nəqliyyat vasitəsində olub.

Bundan başqa, Alaverdi şəhərində su basmış evlər və tövlələr mövcuddur. İlkin məlumata görə, yaşlı kişi çaya düşüb, axtarış-xilasetmə işləri davam etdirilir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}