Günün qoroskopu:Şəxsi işlərə daha çox vaxt ayırmaq, dostlarla ünsiyyət üçün yaxşı gündür.
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir Qoç - mövqelərinizi möhkəmləndirəcək və stabillik hissi yaradacaq işlərlə məşğul olun. İşlər həddən artıq olmamalıdır. Əhvalınız pisləşə bilər.
Səhhətinizdə problemin yaranmaması üçün ifrat dərəcədə yorğun düşməyin.
Ehtiyatlı, sərvaxt olun.
İdeyalar, hesablar, təkliflər və vədlər az sonra fərqli təsir bağışlayacaq. Bu səbəbdən hansısa sənədi imzalamağa tələsməyin. Planlarınızı kimsə ilə bölüşməyin.
Axşam saatlarında dincəlin. Meditasiya, sevimli işlə məşğuliyyət, təmiz havada gəzintidə fayda var.
Şəxsi münasibətlər müstəvisində güzəştə gedin, hadisələri tələsdirməyin.
Buğa - informasiya ilə işləyin. Yeni planlarınızda böyük ümid bəslədiyiniz insanla əlaqə saxlayın. Yaşamınızdakı bütün problemli sahələri aktivləşdirən energetikadan faydalanın.
Keçmişdə qalması məsləhət olan işi və ya ideyanı seçin. Perspektiv ideyanın reallaşması üçün bütün səylərinizi səfərbər edin.
Hisslər və cari işlərdəki xaos əsas inkişaf xəttini görməyə mane olmamalıdır. Kimlərləsə maraqlarınızı birləşdirmək imkanını əldən verməyin. Maliyyə imkanını ciddi araşdırın.
İtkilərə yol verməmək, stabilliyi qorumağın yollarını düşünün.
Əkizlər - ehtiyatlı, həssas və sayıq olun. Tələblər nə qədər çox olarsa, ciddi yanlışlığa yol vermək riski bir o qədər artır. Münasibətlərdə güzəştə getmək zamanıdır. Səbrli olun.
Yaşananları həddən ziyadə dramatikləşdirməyin. Yaşam ritmi və stilini dəyişmək şansını əldən verməyin. Reallaşdırılması çətin plandan əl çəkin, dəqiq və konkert olan, uğur vəd edən planı həyata keçirməyə başlayın.
Əsəbləriniz gərilməsin, sinirli olmayın.
Hisslərinizdə təlatüm və laübə ola bilər. Düşünülməmiş addımlar atmayın.
Xərçəng - günün ilk yarısı gərgin keçəcək. Qeyri-stabillik, izafi emosional reaksiya, söz və əməllərin düşünülməmiş izharı ola bilər.
Aktivliyi bir qədər məhdudlaşdırın, yalnız cari işlərlə məşğul olun.
Axşam saatlarında normal istirahət edin.
İntriqalarla məşğul olaraq sizdən öz maraqları üçün istifadə etmək və aldatmaq fikrində olan adamdan uzaq durun.
Açıq havada gəzintiyə çıxın. Bir qədər tək qalın. Yaxınlarınızla münasibətlərdə həssas və səmimi olun.
Yardım istəyən şəxsə dəstək olun.
Şir - hadisələr özbaşına baş verəcək, aktiv müdaxilə tələb olunmayacaq. Ciddi məsələyə diqqət ayırın, lakin bütün vaxtınızı ona sərf etməyin. Rutin, yeknəsək iş seçin. Ciddi təhlil və məsuliyyətli qərarlar tələb edən işə başlamayın.
Mühüm sənədlər, anlaşma və müqavilələri imzalamaq məsləhət deyil.
Təkliflər, tərəfdaşların ideyalarının perspektivləri yoxdur. Amma həmsöhbətiniz maraqla danışırsa, mənfi fikrinizi söyləməyə tələsməyin. Belə inciklik, anlaşılmazlıq, mövqenin yanlış təqdimatı ola bilər.
Sərt reaksiya, qisas, plan və ümidlərin puç olması ilə bağlı pərişanlıq istisna deyil.
Qız - mühüm tədbirləri və işləri sabaha saxlayın. Bu gün yaşam arealını qaydaya salın, işçi materialları nizama salın.
Heç nə almayın, nəyisə köklü şəkildə dəyişməyin.
Çətin situasiyalarda razılaşma və danışıqlara üstünlük verin, təklifləri və məsləhətləri dinləyin.
Nə qədər çox məsləhət alsanız, yaxın gələcədə qarşılaşacağınız imkan və variantlar bir o qədər çox olacaq.
Bütün borcları qaytarmağa çalışın.
Əsas məsələ kollektivdə və evdə stabilliyi qorumaqdır.
Həssas, diqqətli olun.
Tərəzi - mühüm işə və ciddi danışıqlara başlamayın. İşdə tələblərinizin yerinə yetirilməsini və haqqınızın qorunmasını tələb etsəniz, rəhbərliklə münasibətlər korlana bilər. Etibar etmədiyiniz insanlardan uzaq durmağa çalışın.
Günün ikinci yarısını cari qayğılara, rutin işlərə, təsərrüfat qayğılarına həsr edin.
Yaxınlarınızla münasibətlərdə həssas olun, onların problemlərini həll etməyə çalışın.
Dərman preparatları ilə eksperiment təhlükəli ola bilər.
Su təminatı ilə bağlı problem istisna deyil.
Əqrəb - Ən ciddi maraq obyektinizin olduğu məkanda kimsə diqqəti yayındırmağa və aranı qarışdırmağa çalışacaq. Həddən ziyadə təşəbbüs gözləntilərin tam əksi olan nəticə verə bilər.
Mövqelərini təhzlükəsiz etmək üçün zəruri tədbirlər görün. Maddi dəyərləri qoruyun. Münasibətlərə dağıdıcı zərbə vurmayın.
Hansısa işin uğurla davamı, pozitiv informasiyanın alınması, təklifinizin razılıqla qarşılanması istisna deyil.
Yaşam qarşınıza yeni tapşırıqlar qoyur. Lazım gəldiyindən artıq çalışmayın, probemdən uzaqlaşmayın. Maraqlarınızı ön plana çəkərək yaxın ətrafınızdakı insanların mənafelərini unutmayın.
Günün ikinci yarısında yeni işə başlamayın ki, sonradan qəfil çətinliklərlə qarşılaşmayasınız.
Oxatan - hisslər, münasibətlər, maddi vasitələr və resurslar sınağa çəkilə bilər. Sizin üçün önəmli nə varsa, rəqib və ya bədxahların paxıllıq mənbəyidir.
Ehtiyatlı olun, nəyisə aktiv şəkildə dəyişməyə can atmayın. Karmik əlaqələr yarana bilər. Hadisələrin axarı sürətlənəcək. Sizin üçün önəmli münasibətlərin indiyədək mübhəm qalan mənaları açılır.
Qərarları siz qəbul edirsiniz. Fəqət, tərəfdaşın reaksiyasını diqqətlə izləyin.
Fəaliyyətin gərgin ritminə riayət etmək üçün axşam saatlarında normal istirahət edin.
Oğlaq - sizinlə və yaxın ətrafınızdakı insanlarla bağlı baş verən hadisələr gərgin fon yaradır. Rəqiblər və bədxahlar "oyun qaydaları"nı pozur, "partizan savaşı" aparır.
Mütləq şəkildə cavab tədbirləri barədə fikirləşir. Yaşanan situasiyalarda rəqibə bənzəməyin, vicdanınızla sövdələşməyin.
Tələsməyin. Hövsələsizlik etsəniz, səhv riski artır.
Bu günlə bağlı ifrat sayda planlar qurmayın. Onsuz da, iş çoxdur.
İddia və tələbləri səsləndirmək əvəzinə, yarımçıq qalmış işlərinizi başa vurun.
Dolça - asan olmayan gündür. Özünüzdən narazı qala bilərsiniz. Hansısa məsələni və ya işi dərhal dəiyşmək istəyi yaranır. Lakin nə alış-veriş, nə də fəaliyyət sahəsinin dəyişdirilməsi gözlənilən razılıq hissini verməyəcək.
Eyni məsələ ilə bağlı mövqeyiniz motivasiya və səbəb olmadan dəyişə bilər. İstək nə qədər çox olarsa, məqsədə çatmaq cəhdlərində uğursuzluqlar bir o qədər artıq olacaq.
Bütün diqqəti işə versəniz, effektiv nəticə əldə etmək və günü məhsuldar keçirmək şansları artır.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə həssas, səmimi olun güzəştə getməyi bacarın.
Axşam saatlarında gəzinti, fiziki işdə xeyir var.
Balıqlar - gözləntilərinizdə yanılmamağa çalışın. Tələb və iddiaların səviyyəsini aşağı salın. Adətən problemlər və anlaşılmazlıqlarla qarşılaşdığınız görüşlərə can atmayın.
Hisslər və emosiyaların böhran dövrüdür.
Şəxsi münasibətlər müstəvisində sərinləşmə mümkündür. İndiyədək sizin üçün ən önəmli məsələ olan ünsürə marağınız azalacaq.
Ümumi yaşam məsələləri və çətinliklər sizin üçün birləşdirdiyi məsələlərdə irəliləyiş ola bilər.
Səhvləri birlikdə aradan qaldırın.
Şəxsi işlərə daha çox vaxt ayırmaq, dostlarla ünsiyyət üçün yaxşı gündür.
Facebook-da paylaş