Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahını ziyarət edib
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahında olub. Şəffaflıq.az-ın məlumatına görə, azərbaycanlı diplomat İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib. Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
Xəbəri paylaş
Facebook-da paylaş