Əsas Səhifə > REGİON > Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahını ziyarət edib

Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahını ziyarət edib


22-05-2024, 15:55


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İran səfirinin Moskvadakı iqamətgahında olub.

Şəffaflıq.az-ın məlumatına görə, azərbaycanlı diplomat İran Prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı başsağlığı verib.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.


Geri qayıt