Bu il Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 229 min şəxs qəbul edilib
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 229 081 şəxs qəbul edilib və onlara 346 225 sayda xidmət göstərilib Məlumata görə, bunlardan 128 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 57 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub. Ümumi elektron xidmətlərin 89 %-ni 9 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib: - Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi; - Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması; - Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi; - Asan İmza sertifikatlarının verilməsi; - Vergi ödəyicilərinə arayışların verilməsi; - Vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi; - Fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması; - Vergi ödəyicilərinin fəaliyyətinin bərpası; - Fiziki şəxslərin uçotdan çıxarılması. Şəffaflıq.az
Facebook-da paylaş