Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir


ABŞ və Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir və Ermənistan bu məsələdə alət rolunu oynayır.

Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ABŞ və kollektiv Qərb yalnız münaqişələri alovlandırmağı bacarır: “Onlar ölkələri barışdırmağı, münaqişələri nizamlamağı, qan tökülməsini dayandırmağı bilmirlər”.

“Aprelin 5-də Brüsseldə keçirilən görüş zamanı Ermənistana “Building Armenia's Defense and Security Resilience” adlı planın (Rusiya hərbi bazasının və rusiyalı sərhədçilərin ABŞ-Aİ-NATO qüvvələri ilə əvəz edilməsini, onların Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat işlərini genişləndirmələrinin, həmçinin “Metsamor” atom elektrik stansiyasının sökülməsi yolu ilə Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin yenidən istiqamətləndirilməsini özündə ehtiva edir) zorla qəbul etdirilməsi üzə çıxarsa, təəccüblənməyəcəyik”, - o vurğulayıb.

M.Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel Ermənistanla Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri məhv etməyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqına əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini zəiflətməyi qarşılarına məqsəd qoyublar:

“Qərb ölkələri Cənubi Qafqazda sülh haqqında nə qədər xoş sözlər desələr də, Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə kimi ən yaxın qonşuları bir-birinə qarşı qoymağa can atır”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}