Avropa Komissiyası ABŞ Konqresinə Ukraynaya yardımla bağlı çağırış edib


Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ Konqresini Ukraynaya yardım paketini, nəhayət, təqdim etməyə çağırıb.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ursula fon der Lyayen ABŞ Konqresinin Ukraynaya hərbi yardımları bir müddətdir, yubatdığını xatırladıb:

“Ukrayna dünyanın bütün azad ölkələrinin dəstəyinə layiqdir. Mən indi ABŞ Nümayəndələr Palatasına birmənalı olaraq çağırış edirəm ki, Ukraynaya yardım paketini qəbul etsinlər”.

Qeyd edək ki, ABŞ-ın Ukraynaya yardımları maliyyələşdirmək üçün yeni vəsaitlərin ayrılması məsələsi Konqresdə ötən ilin payızından müzakirə olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}