Ukrayna Quru Qoşunlarının komandanı: Orduda kifayət qədər adam yoxdur
Orduda kifayət qədər adam yoxdur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-leytenant Aleksandr Pavlyuk sosial şəbəkə hesabında yazıb. O, hərbi xidmət keçməli olanları Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmağa çağırıb: “Axı müttəfiqlər bizə nə qədər silah versələr də, orduda kifayət qədər adam yoxdur”. Generalın sözlərinə görə, Rusiyanın başa düşdüyü yeganə dil gücdür: “Qarşı tərəf torpaqlarımızdan çıxarılmağa məcbur edilməlidir. Biz bunu etməsək, azadlıq olmayacaq. Ukraynalılar Silahlı Qüvvələrin sıralarına qoşulmaq üçün nə qədər çox cəsarət tapsalar, Rusiyanın planlarını həyata keçirməsi bir o qədər çətin olacaq. Ölkəmizin, millətimizin taleyi təhlükə altındadır”. Xatırladaq ki, Prezident Volodimir Zelenski 2023-cü ilin dekabrında 450-500 min nəfərin səfərbər olunmasının vacibliyini vurğulamışdı. Eyni zamanda Ukrayna hazırda səfərbərlik haqqında yeni qanun layihəsi üzərində işləyir.
Facebook-da paylaş