Qazaxıstanın Baş prokurorunun müavini: Xəzər dənizinin diqqətli münasibətə ehtiyacı var


Xəzər dənizi saysız-hesabsız təbii sərvətlər mənbəyidir və bu, bizə ona diqqətli münasibət göstərməyin zəruriliyini xatırladır.

Şəffaflıq.az xəbər verir ki, bunu Qazaxıstanın Baş prokurorunun müavini Jandos Umiraliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin “Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları” mövzusunda keçirilən beştərəfli görüşü zamanı deyib.

“Biz qlobal istiləşmə, dəniz səviyyəsinin aşağı düşməsi, sənaye və neft tullantıları və həddindən artıq balıq ovu kimi ciddi ekoloji problemlərlə üzləşirik. Biz effektiv həllər tapmaq üçün səy göstərməyə hazırıq”, - o bildirib.

J.Umiraliyev qeyd edib ki, bu kontekstdə Xəzəryanı ölkələrin prokurorluqlarının fəaliyyəti xüsusi rol oynayır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}