Türkiyəli ekspert: Brüssel görüşü Qafqazda yeni nifaq toxumu səpmə cəhdidir


Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüşə Azərbaycan və Türkiyənin dəvət edilməməsinin arxasında regionda yeni bir qarşıdurma yaradılması məqsədi dayanır..

Onun fikrincə, bu görüş Qafqazda yeni bir nifaq toxumu səpməyə cəhddir: “Brüsseldə üçlü formatda danışıqların aparılacağı elan edildiyi ilk gündən məlum oldu ki, Qafqazda təhlükəsizliyin bərpası üçün heç bir müsbət addım atılmayacaq. İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı zəfəri ilə bitsə də, Ermənistan sülh müqaviləsini imzalamayıb. Bu mövzuda danışıqlar, eyni zamanda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların görüşləri, müzakirələri davam edir. Bu şəraitdə belə Ermənistan israrla Türkiyədən iki ölkə arasında normallaşma və sərhədlərin açılması tələbini dilə gətirir. Üçlü görüşün keçirilməsi regionda sülh və sabitliyin bərqərar olunmasına deyil, əksinə, yeni qarşıdurma yaratmağa yönəlib”.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}