Politoloq: Şərti sərhəddə silah-sursat toplaması Ermənistanın yeni müharibəyə başlamaq niyyətindən irəli gəlir


Şərti sərhəddə silah-sursat toplaması Ermənistanın Azərbaycanla yeni müharibəyə başlamaq niyyətindən irəli gəlir.

Bunu Şəffaflıq.az-a politoloq Samir Hümbətov deyib.

Ekspert bildirib ki, Ermənistanın bu addımı atmasına səbəb ölkə daxilində revanşist qüvvələrin baş qaldırmasıdır:

“Görünür, onlar Paşinyan hökumətinə təzyiq etməyə başlayıblar və Ermənistanı yenidən müharibəyə sürükləməyə çalışırlar. Diqqət yetirilməli digər mühüm məsələ Rusiyanın, xüsusilə də Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sonuncu ikibaşlı açıqlamasıdır. Onlar Ermənistana müharibəyə girməməli olduğunu demədilər. Sadəcə, hər iki tərəfi də təmkinli olmağa çağıraraq, yekunda məsələni açıq saxladılar”.

S.Hümbətov hesab edir ki, Ermənistanı sərhədə qoşun toplamağa cəsarətləndirən üçüncü amil aprelin 5-də imzalanması nəzərdə tutulan Avropa İttifaqı-Ermənistan-ABŞ hərbi paktıdır:

“Bu paktın imzalanmasına cəhdi Ermənistanın bir növ əlini gücləndirmək niyyətindən irəli gəlir. Ermənistanı revanşizmə yönəltməyə, qızışdırmağa çalışırlar. Ermənistanın Azərbaycanla yenidən toqquşmaya girmək cəhdlərinin arxasında dayanan səbəblər bunlardır. Əgər biz Ermənistanla münasibətləri normallaşdırmağın tərəfdarı olduğumuzu bildirdiyimiz halda qarşı tərəfdən belə addımlar atılırsa, deməli, həm Qərbdə, həm də digər dairələrdə Ermənistan və Azərbaycan arasında sülhün imzalanmasını istəmirlər”.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}