Azərbaycan həm iqtisadi, həm də humanitar sahədə MDB-nin fəaliyyətində fəal iştirak edir.


Azərbaycan həm iqtisadi, həm də humanitar sahədə MDB-nin fəaliyyətində fəal iştirak edir.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə MDB-nin baş katibi Sergey Lebedev bildirib.

O, Birliyin işində fəal iştirakına görə həm Azərbaycan rəhbərliyinə, həm də aidiyyəti strukturlara, nazirlik və qurumlara minnətdarlığını bildirib.

“Azərbaycan Baş nazirin birinci müavini Yaqub Eyyubovun timsalında Birliyin fəaliyyətində fəal iştirak edir: həm iqtisadi, həm də humanitar sahədə. Mayın əvvəlində Bakıda mühüm forum keçiriləcək (“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu nəzərdə tutur - red.) foruma MDB İcraiyyə Komitəsinin nümayəndə heyəti gedəcək”, - S.Lebedev söyləyib.

O, həmçinin MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (MDB İnformasiya Şurası) Bakıda keçiriləcəyini vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}