Almaniya hökuməti: Rusiyadakı prezident seçkilərinin nəticələrini tanımırıq


Almaniya hökuməti Rusiyada keçirilən prezident seçkilərinin nəticələrini qanuni saymır.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Kristiane Xofman bildirib.

Məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Sebastyan Fişer isə öz növbəsində deyib ki, təmsil etdiyi qurum bundan sonra Rusiya liderini əvvəlki kimi sadəcə olaraq Putin adlandıracaq.

Qeyd edək ki, martın 17-də keçirilən prezident seçkilərində səsvermənin nəticələrinə əsasən bülletenlərin 99,1 faizi hesablanandan sonra Vladimir Putin (namizədliyi özü tərəfindənə irəli sürülüb) 87,33 faiz, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31 faiz, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79 faiz və Leonid Slutski (RLDP) 3,19 faiz səs toplayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}