Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək
Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Bu barədə Şəffaflıq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Xəbəri paylaş
Facebook-da paylaş