Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək
Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək18-03-2024, 10:31 |
Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub. Bu barədə Şəffaflıq.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Geri qayıt |