Mərkəzi Seçki Komissiyası, “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.
Şəffaflıq.az xəbər verir ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd polis əməkdaşlarının bələdiyyə seçkilərindəki fəaliyyətinin daha da təkmilləşdirilməsindən ibarətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə hazırlanan yaddaş kitabçası polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.
Nəşrdə polis əməkdaşlarının seçkiqabağı təşviqat dövrü, səsvermə günü və rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər, eləcə də rol və vəzifələri barədə ətraflı məlumat verilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Qanun və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
Facebook-da paylaş