Çin, Rusiya və İran Hind okeanında birgə təlimlərə başlayıb


Çin, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri martın 12-də Hind okeanında birgə təlimlərə başlayıb.

Şəffaflıq.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusu (Sepah) yayıb.

Təlimlər “Dəniz qurşağının təhlükəsizliyi-2024” adı altında keçirilir.

Məlumata görə, Azərbaycan, Qazaxıstan, Pakistan, Oman, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri təlimləri müşahidəçi qismində izləyirlər.

Qeyd edək ki, Çin, Rusiya və İran 2023-cü il martın 17-də də Hind okeanında oxşar təlimlər keçiriblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}