Əsas Səhifə > REGİON > Çin, Rusiya və İran Hind okeanında birgə təlimlərə başlayıb
Çin, Rusiya və İran Hind okeanında birgə təlimlərə başlayıb12-03-2024, 11:42 |
Çin, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri martın 12-də Hind okeanında birgə təlimlərə başlayıb. Şəffaflıq.az xəbər verir ki, məlumatı İran İnqilab Keşikçiləri Korpusu (Sepah) yayıb. Təlimlər “Dəniz qurşağının təhlükəsizliyi-2024” adı altında keçirilir. Məlumata görə, Azərbaycan, Qazaxıstan, Pakistan, Oman, Hindistan və Cənubi Afrika Respublikasının nümayəndələri təlimləri müşahidəçi qismində izləyirlər. Qeyd edək ki, Çin, Rusiya və İran 2023-cü il martın 17-də də Hind okeanında oxşar təlimlər keçiriblər. Geri qayıt |