ATU. Ümid varam ki, onlar gələcəkdə öz işlərinin peşəkarı olacaqlar.-FOTO

 Azərbaycanın texniki təhsil sahəsində aparıcı universitetlərindən biri olan Azərbaycan Texniki Universitetinin (AzTU) 1950-ci ildə əsası qoyulub. 
Aparıcı ali təhsil ocaqlarından biri olan bu universitet müasir tələblərə uyğun bakalavr və magistr hazırlığı üçün güclü professor-müəllim heyətinə və müvafiq maddi-texniki bazaya malikdir.  Bəli, arzuladığım ixtisas üzrə təhsil alıram. Mən Məmmədova Nəzrin Alxas qızı Azərbaycan Texniki Universitetinin İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin " İnformasiya təhlükəsizliyi" ixtisasının I kurs tələbəsiyəm. Universitetimizin  rektoru Vilayət Vəliyevdir. Tanınmış Azərbaycan ziyalısıdır.  Mənim oxuduğum 349a qrupunun dəyərli müəllimləri var. Çox savadlı və peşəkar insanlardır.Onlardan, Fizika müəllimi Səfərov Naxçıvan, İnformasiya texnologiyalarının əsasları fənnindən Quliyeva Göyərçin müəllimə, Məmmədli Fuad müəllim, Ana dili və Nitq Mədəniyyətindən Piriyeva Lalə və Əsgərova Afaq müəllimə,  riyaziyyatdan Haxıyev Əlabbas müəllim, Rus dilindən Samirə müəllimədir.  Telekommunikasiya sistemləri və informasiya təhlükəsizliyi kafedrasının müdiri isə, Həsənov Mehman müəllimdir. O biz tələbələri ixtisasımız üzrə tam formalaşmış kadrlar olmağımız üçün dəstəyini əsirgəmir. Bizim  İnformasiya Kommunikasiya Texnologiyaları fakültəsinin dekanı Şirinov Taleh müəllimdir.Qrupumuz çox mehriban və savadlı tələbələrdən ibarətdir. 
349a qrupu 29 tələbədən ibarətdir. Ümid varam ki, onlar gələcəkdə öz işlərinin  peşəkarı olacaqlar.
 hazırladı: Nəzrin Məmmədova
Texniki Universitetin I kurs tələbəsi.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}