Ukrayna ordusu Rusiya ərazisinə PUA hücumu edib - YENİLƏNİB
Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin Jeleznoqorsk şəhərinə də pilotsuz uçuş aparatları ilə hücum edib. “Report” xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib. Məlumata görə, yanacaq və sürtkü materialları anbarı hədəf alınıb. Ukrayna ordusu bu gün səhər saatlarında Rusiyanın Voronej bölgəsindəki Baltimor hərbi aerodromuna pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Qeyd olunub ki, PUA-lar hərbi obyektdən bir neçə kilometr aralıda vurulub. Bundan əlavə, daha 2 PUA ilə bölgənin Anninski bələdiyyə rayonundakı neft bazasına hücum cəhdi olub.10:41
Xəbəri paylaş
Facebook-da paylaş