KXDR Cənubi Koreya və ABŞ-nin birgə təlimlərini pisləyib
Şimali Koreya Cənubi Koreya və ABŞ arasında bazar ertəsi başlayan genişmiqyaslı hərbi təlimləri pisləyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Koreya Xalq Demokratik Respublikasının mətbuatı məlumat yayıb. “KXDR Müdafiə Nazirliyi ABŞ və Koreya Respublikasının daha açıq şəkildə hərbi təhdid yaradan və suveren dövlətə təcavüzə cəhd göstərən ehtiyatsız hərbi təlimlərini qətiyyətlə pisləyir və onları təxribatçı və sabitliyi pozan hərəkətləri dərhal dayandırmaq barədə ciddi xəbərdarlıq edir”, - KXDR-in Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, birgə təlimlər “heç bir halda müdafiə xarakteri daşıya bilməz”, çünki onlar KXDR-ə qarşı yönəlib. Pxenyan qeyd edib ki, ABŞ və Cənubi Koreyanın təlimləri “barışıq vəziyyətində olan bölgədəki vəziyyəti gözlənilməzliyə” aparır. Bildirilir ki, KXDR silahlı qüvvələri düşmənlərin avantürist hərəkətlərini izləməyə və Koreya yarımadasındakı qeyri-sabit təhlükəsizlik vəziyyətini güclü şəkildə nəzarətdə saxlamaq üçün məsuliyyətli hərbi əməliyyatları davam etdirəcək.
Facebook-da paylaş