Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirib


Avstraliya hökuməti rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq edib.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yeni sanksiyalar siyahısına Federal Penitensiar Xidmətin direktor müavini Valeri Boyarinov, Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitin və s. daxildir. Onlar müxalif siyasətçi Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsi ilə bağlıdırlar.

Qeyd olunub ki, sanksiyalar A.Navalnının martın 1-də keçirilməsi planlaşdırılan dəfn mərasiminə təsadüf edir.

Bildirilib ki, Avstraliya siyasətçinin ölümü ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırış edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}