Əsas Səhifə > REGİON > Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirib1-03-2024, 10:02 |
Avstraliya hökuməti rusiyalı rəsmilərə qarşı sanksiyalar tətbiq edib. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb. Yeni sanksiyalar siyahısına Federal Penitensiar Xidmətin direktor müavini Valeri Boyarinov, Federal Penitensiar Xidmətin Yamalo-Nenets Muxtar Dairəsi üzrə rəhbəri İqor Rakitin və s. daxildir. Onlar müxalif siyasətçi Aleksey Navalnının öldüyü cəzaçəkmə müəssisəsi ilə bağlıdırlar. Qeyd olunub ki, sanksiyalar A.Navalnının martın 1-də keçirilməsi planlaşdırılan dəfn mərasiminə təsadüf edir. Bildirilib ki, Avstraliya siyasətçinin ölümü ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasına çağırış edir. Geri qayıt |