Yeni Zelandiya Rusiya əleyhinə yeni sanksiyalar paketini açıqlayıb
Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Rusiya şirkətləri və vətəndaşlarına qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini açıqlayıb. Bu barədə Şəffaflıq.az nazirlik rəhbərinin ölkə hökumətinin saytında dərc olunmuş bəyanatına istinadən xəbər verir. Sənədə əsasən, yeni məhdudiyyətlər Rusiya neftinin qiymətlərinə və bəzi malların vasitəçilər vasitəsilə bu ölkəyə və Belarusa ixracına təsir göstərəcək, həmçinin Rusiya vətəndaşları, şirkətləri üçün maliyyə, iqtisadi məhdudiyyətləri əhatə edəcək. Yeni Zelandiya Rusiyanın 45 vətəndaşına və bu ölkənin müdafiə sənayesi üçün texnologiyanın əldə edilməsi də daxil olmaqla, mövcud məhdudiyyətlərdən yayınma ilə məşğul olan 16 təşkilata da qarşı sanksiya tətbiq edib.
Facebook-da paylaş