Günün qoroskopu:Axşam saatlarını sakit istirahətə həsr edin.


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Ciddi səylər və zəhmət olmadan uğur əldə edəcəyinizi düşünməyin. Əvvəlcədən planlaşdırılmamış və götür-qoy edilməmiş anlaşmalar risklidir. Alış-verişdə çox pul xərcləməyin. Pulu sonrakı günlərdə daha məntiqli, yaxşı şəkildə xərcləyə bilərsiniz.

Yaxınlarınızla ixtilaflara yol verməmək üçün güzəştə gedin. Əvvəlki vaxtlarla müqayisədə güzəştə daha çox meylli olun. Yaxınlarınız sizdən sui-istifadə etməyə can atacaqlar.

Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.

Buğa - Nöqsan, çatışmazlıq və zəifliklərinizə ifrat dərəcədə dözümlü olmayın. Problemlər tolerant münasibəti sevmir. Özünüzü reklam da edərək ifrata varmayın: gülünc vəziyyətə düşə bilərsiniz. Təmkinli olun. İşgüzar danışıq və müzakirələrdə soyuqqanlı davransanız, uğura nail olacaqsınız. Ultimativ və hədəli davranış yaxşı heç nə vəd etmir.

Qəfil maliyyə irəliləyişi ola bilər. Məsələn, köhnə borcun qaytarılması, yeni mənbədən pulun alınması realdır. Yeni iş tapmaq olar. Yeni işgüzar tərəfdaşlarla əməkdaşlıq məhsuldardır.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Əkizlər - Hədsiz dərəcədə dözümsüz olmayın, özünüzə yeni problemlər yaratmayın. Əlverişli anı gözləyin, səbirli olun. Emosiyalarınızı cilvolayın, uğur əldə etmək üçün ən əlverişsiz zamanda yeni işə və ya layihəyə başlamayın. Halbuki nailiyyət şansları az deyil. Sadəcə, azacıq hiyləgərlik edin. Fəndgir olun.

Neqativ emosiyalarınızı nümayiş etdirməsəniz, yaxınlarınızla münaqişələr yaranmayacaq. Kiçik anlaşılmazlıqları ürəyinizə salmayın. Tənqiddən inciməyin.

Xərçəng - Yetərincə çətin, qarışıq gündür. Peşəkar fəaliyyət müstəvisi ilə bağlı önəmli qərarlar qəbul etməyin, irimiqyaslı anlaşmalar bağlamayın. İşlərdə güvənməyə və etibar etməyə alışdığınız çoxdankı tərəfdaşlar bu gün sizi təəssüfləndirə bilərlər. İşdə rəhbərlik və həmkarlarla ixtilaflar adi günlərlə müqayisədə daha çoxdur. Mövqelərinizi qorumaq çətin olsa da, güzəştə getmək istəmirsiniz.

Özünüzdən narazılıq artdığından daha qıcıqlı davranmayın.

Yaxınlarınızla münasibətlərin formalaşma məcrasına fikir verin. Səhih davranış xəttini və modelini seçsəniz, münaqişələr yaranmayacaq. Uzaq səfərə yollanmaq məsləhət deyil. Hətta sevdiyiniz insanla da yola çıxmayın.

Şir - Günün ilk yarısı çox uğurludur. İşlərdə təşəbbüskar olmaq, ideyaları müzakirəyə çıxarmaq, əməkdaşlığın perspektivlərini potensial tərəfdaşlarla müzakirə etmək üçün yaxşı zamandır. İnadkarlıq və qətiyyət qarşıya qoyulmuş məqsədə çatmağa imkan verəcək. Kimsə sizə mane olmağa çalışarsa, ona fikir verməyin.

Enerji potensialının səviyyəsi yüksək olduğundan, yorulmursunuz. Yaxın ətrafınızdakı insanların fəaliyyət tempi az sonra aşağı düşəcək. Sizin qədər çalışmayan insanı sərt tənqid etməyin. Hamıdan hiperaktiv fəaliyyət istəməyin.

Qız - Diqqəti ciddi və təcili həll tələb edən işlərə yönəldin. Əylənmək, şənlənmək istəsəniz də, rutin işlərlə məşğul olun, cari problemləri qulaqardına vurmayın. Mənasız xərclər, maliyyə itkiləri ola bilər. Bütün bunların səbəbi əyləncə və həzzə olan marağınızdır. Şəxsi münasibətlərdə yenilik axtarışları üçün əlverişli zaman deyil.

İdeyalarınız pis deyil. Lakin bu, yanınızdakı insanların təkliflərini dinləməmək üçün şərt deyil. Dialoqa hazır olduğunuzu göstərsəniz, yeni çox məqamı öyrənə bilərsiniz.

Tərəzi - Günün axarı davranış modelinizi və əməllərinizi müəyyənləşdirəcək. Aqressivliyin istənilən formada izharına yol verməyin. İstənilən situasiyada həssas və təmkinli olun. Mümkün qədər soyuqqanlı davranın. İşdə maraqlı hadisələr az deyil. Onların hamısını dəqiq dəyərləndirə bilmirsiniz. Nəticələrlə tələsməyin. Hər şeyi yaxşıca düşünün.

Yaxınlarınızla ünsiyyətdə səbirli olun. Onların əməl və qərarlarının motivlərini tam anlamırsınız, eşitdikləriniz də sərt və nahamvar kəlmələr təsiri bağışlayır. Yumor hissi münaqişənin qarşısını ala bilər.

Əqrəb - Günün ilk yarısında sakit, təmkinli, soyuqqanlı olun. Başladığınız işləri bitirin. Yeni layihə və ya işlə bağlı prosesi bir neçə saatlıq təxirə salın. Zaman keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Mühüm işlər və önəmli görüşləri günün ikinci yarısına saxlayın.

Yaxınlarınıza yardım edin, xeyriyyə tədbirinə qatılın. Ehtiyacı olana dəstək olun. Ruhdan düşənlərə ürək-dirək verin. Yaradıcılıq potensialının səviyyəsi yüksəkdir. Yeniliklər, problemlərin qeyri-standart həlli zamanıdır.

Oxatan - Əla nəticələrə nail olmaq üçün müttəfiqlərlə tərəfdaşları dürüst seçin. Yalnız layiq olan insana bel bağlayın. Cəsarət və qətiyyət günün ortalarında yarana biləcək çətinliklərin öhdəsindən gəlməyinizə kömək edər. Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə təşəbbüskar olun. Belə davranışda fayda var.

Anlaşma, sövdələşmə, razılaşma, alış-veriş üçün əlverişli zamandır. Mühüm maliyyə məsələlərini çözəndə diqqətli olun. Şəxsi münasibətlər sahəsində ciddi problemlər yaranmayacaq. Sizə əziz insanla dil tapın, onu anlamağa çalışın.

Oğlaq - Çox və məhsuldar işləyin. Bu minvalla nüfuzlu şəxsin dəstək və rəğbətini qazanmaqla yanaşı, rəqiblərinizi üstələyə bilərsiniz. Qüvvənizə, potensialınıza şübhə etməyin. Bədgümanlıq mənasız təlaş və narahatlıq vəd edir. Ümumi planın uğuruna şübhə edən müttəfiqlərə dəstək olun, onları ruhlandırın.

Ev işlərinin öhdəsindən asanlıqla gələcəksiniz. Onlar darıxdırıcı və yorucu təsir bağışlamır. Yaxınlarınız ideya və niyyətlərinizi dəstəkləyəcəklər.

Axşam saatlarında qonaqlar gələ bilər.

Dolça - Mühüm məsələlərin həllini təxirə salmayın. Yaxın ətrafınızdakı insanlar tələsməməyi məsləhət görsələr də, onlara qulaq asmayın. Qətiyyət və əzm sayəsində istənilən maneəni dəf edə bilərsiniz. Başqalarının qarşısında naçar qaldıqları problemi həll etmək imkanları var. Nüfuzlu şəxslə görüş pis keçməyəcək. Sponsor və ya investor tapa bilərsiniz.

Genişmiqyaslı biznes-layihələrin reallaşdırılmasına başlayın.

Yaxınlarınızla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Köhnə dostlarla görüşlər pozitiv emosiyalar vəd edir. Yeni tanışlıqlardan biri romantik münasibətlərin təməli ola bilər.

Balıqlar - Sadə olmayan gündür. İşdə həmkarlarla münaqişələr və ixtilaflar prosesə mane ola bilər. Rəhbərliklə dil tapmaq müşkül məsələyə çevrilir. Mövqeyinizi qorumaq çox çətindir. Əlverişli şərtlərə razılaşın, güzəştə getməyi bacarın. Yeni iş yeri aramaq, məsləhətlər aparmaq üçün münasib gün deyil.

Maliyyə itkiləri ola bilər. Anlaşma və sövdələşmələr gəlir vəd etmir.

Yaxınlarınızla qarşılıqlı anlaşmaya nail olmaq çətin olsa da, münaqişəyə yol verməyin. Sonradan barışmağına asan olmadığını bilirsiniz.

Axşam saatlarını sakit istirahətə həsr edin.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}