Günün qoroskopu: Axşam saatlarında normal istirahət etməyə çalışın

 
Şəffaflıq.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 
Qoç - narahat, gərgin zamandır. Əhvalınız tez-tez dəyişəcək. Aqressiv davranaraq özünüzü və ətrafınızdakı insanları usandırmayın. Ünsiyyət üçün ən yaxşı gün deyil. Tənqidə normal reaksiya verin.
Günün ikinci yarısında anlaşma, müqavilə və sənədləşdirmə ilə məşğul olmayın. Kommersiya fəalliyətində gəlir olmayacaq. İtkilərsə istisna deyil.
Dəvət aldığınız yerə axşam saatlarında yollanmayın.
Ailə üzvləri ilə birlikdə istirahətə üstünlük verin.
Buğa - səbrli, təmkinli olun. Yaxşı tanımadığınız insanlara izafi önəm verməyin. Soyuqqanlı və məntiqli davranmasanız, dəyər verdiyiniz insanların xətrinə dəyə bilərsiniz. Münaqişəyə səbəb olmayın. Emosional fon stabil deyil. Ziddiyyətli açıqlamalar səbr kasanızı daşdırmasın.
Günün ikinci yarısında dəvət aldığınız tədbirə qatılmayın. Adamların gur olduğu yerdə özünüzü yaxşı hiss etməyəcəksiniz.
Böyük anlaşmalar və müqavilələr zamanı deyil.
Əkizlər - gərgin və ziddiyyətli gündür. Uğursuzluqların miqyasını həddən artıq artırmayın. Kiçik qələbələri görməyi bacarın. Ən kiçik səhvin fəsadları aradan qaldırılmasa, situasiya ağırlaşacaq. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə çox önəm verməyin.
Günün ikinci yarısı alış-veriş üçün əlverişli deyil. Qənaət etməyə çalışanda yanlış qərar verməyin. Axşam saatlarında pozitiv olun.
Nüfuzlu insanlarla görüş və danışıqlar zamanı deyil. Sizə mənəvi dəstək verə biləcək, əhvalınızı yaxşılaşdıracaq insanları qiymətləndirin.
Xərçəng - mürəkkəb və qarışıq gündür. Ciddi işlər və mühüm görüşləri təxirə salın. Qıcıqlı, sinirli, səbrsiz olmayın. Tərəfdaş və müttəfiqlərlə ünsiyyətdə sərvaxt olun. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Yardıma ehtiyacı olan insanlara kömək edin.
Günün ikinci yarısında qohumlarınızın dəstəyinə ehtiyacı var. İşdə və ailədə münaqişələr yarana bilər. Fəaliyyət müstəvisindəki problemləri vaxtında həll etməyə can atın. Əks təqdirdə, çətinliklər xroniki forma ala bilər. Güzəştə getməyi unutmayın.
Şir - yanlış istəklər və tamahınızla mübarizə aparın. Ani hisslərin köləsi olmayın. Vədlərinizlə öhdəliklərinizi unutmayın. İradəli olun. Şirin sözlərə aldansanız, uğursuzluqlar mərhələsi başlanacaq. Alış-verişdə spontan davranmayın. Planlaşdırılmamış xərclər etməyin. Maliyyə imkanlarınızı olduğundan artıq dəyərləndirməyin.
Günün ikinci yarısında mülayimlik, kompromisslərə ifrat meyllilik pis nəticə verə bilər. Bununla yanaşı, yaxın ətrafınızdakı insanlarla səmimi olsanız, münasibətləri qoruya bilərsiniz. Yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Qız - ehtiyatlı olun, sərvaxt davranın. Yaxın ətrafınızdakı insanları sinirləndirməyin. Həddən artıq eqoist insan təsiri bağışlamayın. Məqsədə doğru istənilən yollarla hərəkət etmək normal deyil. Aqressivlik yolverilməzdir.
Günün ikinci yarısında problemləri diqqətli araşdırın, situasiyanı aydınlaşdırın. İşgüzar danışıqlarda qətiyyətli və iradəli olun. Bir sıra anlaşmalar və müqavilələrə yenidən baxmaq zərurəti yaranacaq.
Yalnız yaxın adamlar sizi anlayacaqlar. Onlar əhvalınızdakı dəyişiklikləri hiss edəcəklər. Axşam saatlarında qəfil vizitlər olacaq. Qonaqlar gələcək.
Tərəzi - günün gedişatı yaxın ətrafınızdakı insanlarla münasibətlərdən asılıdır. Eqoizm və təşəxxüs yolverilməzdir. Ünsiyyətdə qarşı tərəfə yuxarıdan aşağı baxmayın. Dəyər verdiyiniz adamların problemlərini qulaqardına vurmayın.
Günün ikinci yarısında qarşılaşacağınız insan yaşamınızda mühüm rol oynaya bilər. Həmin adamlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın.
Soruşmasalar, fikrinizi və mövqeyinizi bildirməyin. Fikrinizi sərt sözlərlə bildirsəniz, münaqişə qaçılmaz olacaq. İşdə rəhbərliklə və ya nüfuzlu insanlarla ixtilaf etməyin.
Əqrəb - problemlərin həddən artıq olduğunu düşünməyin. Müşküllərin həlli mümkündür. Vaxt və səylərinizi məntiqlə, ağıllı şəkildə bölüşdürsəniz, peşəkar fəaliyyət müstəvisində irəliləyişə nail ola bilərsiniz. İstirahət və əyləncə planlarını ertələyin.
Günün ikinci yarısında xoş görüş, çoxdan görmək istədiyiniz insanla qarşılaşma istisna deyil. Axşam saatlarında dəvət aldığınız tədbirə yollanmayın. Bu tədbirdə sevinmək əvəzinə usanacaq, yorulacaqsınız.
Anlaşma və ya müqavilələr üçün əlverişli zaman deyil. Daşınmaz əmlak almayın, kirayəyə götürməyin. Axşam saatlarında xoş sürprizlər olacaq.
Oxatan - yaxın ətrafınızdakı insanlarla münaqişə etməyin. Kəskin mübahisələrə zəmin yaratmayın. Hər şeyi neqativ məcrada görməyin. Haqqınızda danışılanlara, şayiələrə və dedi-qodulara inanmayın.
Sizi sərt tənqid edəcəklər. Rəqiblərin məsxərələrinə fikir verməyin.
Günün ikinci yarısında dəyər verdiyiniz adamların istəklərini yerinə yetirməyə çalışın. Tanışlarınızın plan və niyyətlərindən hali olmağa can atın. Hiyləgər manipulyatorun hədəfinə çevrilə bilərsiniz.
Həllini tələb edən problemin önəmini azaltmayın. Buz dağının yalnız su üzərində olan hissəsini görüb su altında qalmış hissəni qulaqardına vurmayın. Tələsməyin. Situasiya az sonra aydınlaşacaq. Nə etmək gərəkdiyini anlayacaqsınız.
Oğlaq - günün ilk yarısında diqqətli olun, bədxərclik etməyin. Gərəkli olmayan əşyalar almayın. İstək və niyyətlərinizin hamısını reallaşdırmağa can atmayın. Önəmli işləri təxirə salmayın. Problemlərin həllinə ciddi yanaşın. Dəvət aldığınız tədbirlərdə sayıq olun, yanlış davranış modelinin təhlükəli olduğunu anlayın.
Günün ikinci yarısında naqolay vəziyyətə düşə bilərsiniz. Hüquqi məsələləri həll etmək, sənədləşdirmə üçün əlverişli zaman deyil. Səfər və ya səyahət pis keçməyəcək. Yola çıxmazdan əvvəl yaxşı hazırlaşın.
Axşam saatlarını ailə üzvləri ilə ünsiyyətə, istirahətə ayırın.
Dolça - mühüm heç bir iş planlaşdırmayın. Diqqətiniz dağınıq olmasın. Dürüst və effektiv fəaliyyət davranış variantını seçin. Yaxın ətrafınızdakı insanların əməllərindən sürəkli şikayətlənməyin. Diqqətə layiq olmayan insanlarla sıx təmaslar qurmayın.
Günün ikinci yarısında maliyyə itkiləri istisna deyil. Fırıldaq qurbanına çevrilməyin, riskləri qiymətləndirin.
İstənilən düşünülməmiş addımlara yol verməyin. Zərurət olmadan təşəbbüskarlıq etməyin. Köhnə vərdişlərdən bəzilərindən qurtulmaq zamanıdır. Çətinliklərin aradan qaldırılması o qədər də asan deyil.
Sevdiyiniz insan müşkül durumda sizə dəstək olacaq.
Balıqlar - yaradıcı yanaşma tələb edən və problemlərin kompleks həllini nəzərdə tutan işlər üçün  əlverişli zamandır.
Fəaliyyət azadlığına nail olsanız, yaxşı nəticələr əldə edə bilərsiniz. Yaxın ətrafınızdakı insanların məsləhət və göstərişlərinə qulaq asmadan müstəqil çalışın.
Günün ikinci yarısında problemlərin həllində intuisiya yardımçınız olacaq. İşgüzar hissiyatınız kəskin olmalıdır. Qarşılıqlı iradlara və ixtilaflara son qoyaraq yeni münasibətləri formalaşdıra bilərsiniz. Səmimi olun.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}