Günün qoroskopu: 7 iyul
Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - Yeni layihəyə və ya genişmiqyaslı işə başlamaq üçün uğurlu gün deyil. Hisslərinizə hakim olun, emosiyalara qapılmayın. Maliyyə, əmlakla bağlı məsələlər barədə qərarı kimsə ilə məsləhətəşmədən verin.
Günün ikinci yarısında deyilən hər sözə inanmayın.
Axşam saatlarına yaxın impulsivlik arta bilər. Yaxınlarınızla mübahisə etməyin. Səbrli olun.
Buğa - Hadisələrlə zəngin gündür. Aktiv olun. Yaradıcılıq ideyalarınız az olmamalıdır. Problemlərin həll prosesində rutinlik nümayiş etdirməyin. Yeni layihələrə başlaya bilərsiniz. Enerjiniz çoxdur. Yetərincə iş görə bilərsiniz.
Günün ikinci yarısını dəyər verdiyiniz insanla keçirin. Etibar ediləsi tərəfdaş və ya şəriklə müzakirələr apararaq yeni planlar qurun. Ətrafınızdakı insanları mövqelərinizə inanmağa vadar etməyə çalışsanız, qarşılıqlı anlaşmaya nail olmayacaqsınız.
Axşam saatları yeni tanışlıqlar üçün pis deyil.
Əkizlər - Sözlərinizə və əməllərinizə diqqət yetirin. Məsləhətli donun gen olduğunu unutmayın. Kiminsə barəsində dediyiniz ehtiyatsız kəlmələr münasibətlərin gərgin şəkildə aydınlaşdırılmasına səbəb ola bilər. Yeni problemlər yaratmayın.
Günün ikinci yarısında cərimə, əlaqələrin kəsilməsi, qəfil gecikmələr və təxirəsalmalar istisna deyil. Biliklərin yetərincə olmamasını təcrübəsizlik kimi qələmə verməyin. Şəxsi münasibətlərdə düşünülməmiş qərar verməyin.
Axşam saatlarında stressdən qurtulun.
Xərçəng - Yaradıcılıq, fəaliyyətin yeni yollarının aranması, informasiyanın araşdırılması, təkmilləşmə üçün yaxşı zamandır. Problemlərin həllində emosional olsanız, praktiki məsələlərin öhdəsindən gələ bilməyəcəksiniz. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini nəzərə alın. Amma ifrat dərəcədə hisslərə qapılmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa can atın.
Axşam saatlarında normal istirahət edin.
Şir - Peşəkar fəaliyyət müstəsivisindəki məsələlərin həllində ardıcıllığa riayət edin. İşlərinizdə nizam yaradın. Mübhəmlərinizi yaxşı tanımadığınız insanlarla bölüşməyin. Planlarınız barədə yaxın ətrafınızdakı insanlara müfəssəl açıqlamalar verməyinizə heç bir ehtiyac yoxdur.
Çalışdığınız kollektivdə günün ikinci yarısında intriqalar, anlaşılmazlıq zəminində qarşıdurma, lider mövqeyi uğrunda mübarizə başlana bilər. Şəxsi münasibətlərdə sınanmış metodlardan yararlanın.
Eksperimentlərdən uzaq durun.
Qız - Tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın. Məsuliyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın. Hisslərin əsiri olmayın. Planlaşdırılmamış gəlir istisna deyil.
Günün ikinci yarısında anlaşmalar və müqavilələr xeyir verə bilər.
Etibar edə biləcəyiniz insanları dəqiq seçin. Belə məsələlərdə intuisiyanıza güvənməyin. Axşam saatlarını şəxsi problemlərin həllinə həsr edə bilərsiniz. Əsas məsələdən savayı bütün məqamları arxa plana salın.
Tərəzi - Günün ilk yarısından etibarən hadisələrin ənənəvi axarını pozmayın. Vəzifə səlahiyyətlərinizdən və aldığınız tapşırığın çərçivələrindən kənara çıxmayın. Diqqətli, sayıq olun.
Günün ikinci yarısında önəmli hesablamalarda, zəruri məlumatların yoxlanmasında, təhlil və təftişdə məntiqli, soyuqqanlı davranın.
Axşam saatları romantik anlar vəd edir. Sevdiyiniz insanla birlikdə gəzintiyə çıxa bilərsiniz.
Əqrəb - Günün ilk yarısından işlər uğurlu alınacaq. Axınla hərəkət edin, hadisələrin obyektiv məzmununa qarşı üsyan etməyin. İmkanlardan istifadə edin, şanslarınızı dəyərləndirin. Yaşamın verdiyi şanslardan istifadə edin.
Günün ikinci yarısında işləri dürüst paylaşdırın ki, ən önəmlisini seçərək onu yerinə yetirməyə başlayasınız. Birgə layihədə tərəfdaşlar arasında prosesin detallarını və nüanslarını kobud səhvlərə yol vermədən paylaşın.
Dəyər verdiyiniz insanın rəğbətini axşam saatlarında qazana bilərsiniz.
Oxatan - Huşyar, diqqətli olun. Bədxahlar, rəqiblər və düşmənlər fəallaşacaqlar. Onlar işlərinizə mane olmaq, nüfuzunuza zərbə vurmaq üçün əllərindən gələni edəcəklər.
Günün ikinci yarısında cari işlərdə tələskənliyə yol verməyin. Aramla çalışın. İstənilən problemi təmkinli şəkildə çözmək olar. Yaxın ətrafınızdakı insanlarla söhbətlərdə qaranlıq məqamlar qoymayın. Səmimi, qayğıkeş olun.
Axşam saatlarında qonaq gələcək.
Oğlaq - Səhər saatlarından etibarən evdə və işdə önəmli məsələlərin həllinə başlamayın. Səhv, yanlışlıq riski böyükdür. Diqqətli olun. Unutqan davranmayın.
Ehtiyatsız olsanız, əmlakınıza ciddi zərər dəyə bilər. Ağır fəsadlar verə biləcək addımlar atmayın.
Günün ikinci yarısında vacib görüşə gecikməyin. Yola bir qədər tez çıxın ki, sövdələşdiyiniz insan sizi çox gözləməsin.
Ailə üzvləri ilə təmasları sərinlətməyin. Münaqişəyə səbəb olmayın.
Dolça - Kəmiyyət əvəzinə keyfiyyətə üstünlük verin. Başladığınız işi mümkün qədər tez başa vurmağa çalışmayın. Sifarişi və ya tapşırığı aramla, düşünərək gerçəkləşdirin. Aldığınız önəmli məlumatları bir daha yoxlayın.
Günün ikinci yarısında şəxsi münasibətlərdə anlaşılmazlığın yaranması istisna deyil. Ailə üzvlərindən və ya qohumlardan birinin xahişini nəzərə alın.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Günün ilk yarısı stabildir. Hadisələrə kənardan təsirə və istiqamətin dəyişdirilməsi üçün cəhdlərə heç bir ehtiyac duyulmur. Aktiv olun, məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanın.
Günün ikinci yarısında rutin işləri yarımçıq qoymayın. Yeknəsəqlik sizi bezdirməsin. Bir qədər istirahət etmək olar. Axşam saatlarında yaxınlarınızdan biri sizə xoşagəlməz sürpriz edəcək.
Baş verənləri soyuqqanlı şəkildə təhlil edin.Milli.Az
Facebook-da paylaş