Günün qoroskopu:Yola çıxarkən darıxmayacağınıza əmin olun.

 
ŞƏFFAFLIQ.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 
Qoç - Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Günün emosional fonu yetərincə uğurludur. Qarşınıza genişmiqyaslı məqsədlər qoymasanız da, zəhmət çəkməli, çalışmalısınız. Saatlarınızı məhsuldar keçirməyə çalışın.
Şanslarınızı əldən verməyin. Situasiyadan faydalanın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatları maraqlı tanışlıqlar vəd edir. Dürüst seçim etdiyinizə əmin olun.
 
Buğa - Yaxın ətrafınızdakı insanların gizlətməyə və pərdələməyə çalışdıqları məqamları görməyə, aşkarlamağa çalışın. Boş söhbətlərə qatılmayın. Nə isə deməzdən əvvəl yaxşı düşünün. Başqalarının sirlərini faş etməyə can atmayın. Əks təqdirdə qalmaqal qaçılmaz olacaq.
Günün ikinci yarısında səfər və ya gəzinti yaxşı nəticə verəcək. Güzəştə hazır olsanız, yaxınlarınızla münasibətləriniz pis olmayacaq. Kiçik məqamlara və xırda işlərə görə mübahisə etməyin.
Axşam saatlarında dostlarla görüşə bilərsiniz.
Əkizlər - Mühüm məsələlərin həlli üçün əlverişli zamandır. Daşınmaz əmlak məsələləri və ya maliyyə problemlərini çözməyə başlayın. Çoxdan bəri planlaşdırdığınız işi görün. Alış-verişdə simiclik etməyin.
Günün ikinci yarısında yaxınlarınız və qohumlarınızla ünsiyyətdə qayğıkeş, səmimi olun. Çətin vəziyyətə düşmüş insanın yardım çağırışlarını qulaqardına vurmayın.
Ailə üzvlərinizdən birinə maddi yardım gərəkdir.
Xərçəng - Karyeranızın inkişafı üçün əhəmiyyətli addımlar atmaq üçün münasib zamandır. Yeniliyi əxz edin, biliklərinizi artırın. Peşəkar vərdişlərinizi zənginləşdirə bilərsiniz. Humanitar fəaliyyətlə məşğulsunuzsa, nailiyyətlər olacaq.
Günün ikinci yarısında alış-veriş pis olmayacaq.
Dəyər verdiyiniz insanla və ya sevdiyiniz şəxslə mübahisə edibsinizsə, qarşılıqlı anlaşmaya nail olmağa can atın. Barışıq yolunda ilk addımı siz atın.
Axşam saatlarında normal istirahət edin.
 
Şir - Bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün əlverişli zamandır. Yardım istəyən insana kömək edin. Ədalətli olun, münasibətləri kobudluq və qabalıqla korlamayın. Yaşama sevinin. Ən çətin işlərin öhdəsindən gələ bilərsiniz.
Günün ikinci yarısında gəlirləri artırmaq şansları var. Sevdiyiniz insanla mübahisələrdə emosional olmayın, güzəştə getməyi bacarın.
Axşam saatlarını dəyər verdiyiniz insanlarla, dostlarla keçirin.
Qız - Günün ilk yarısında emosiyalara qapılmayın. Sehr və ya möcüzə olmayacaq. Bəxtə güvənsəniz, problemləri həll etmək asan olmayacaq. Özünüzə, qüvvənizə inanın. Bədbin olmayın.
Günün ikinci yarısında prinsiplərinizə xəyanət etməyin.
Sevdiyiniz insanın davranışı sizi heyrətləndirə bilər. Hədiyyə və ya sürpriz istisna deyil. Yaxınlarınızla münasibətlərə dəyər verin. Səbirli olun ki, məqsədə çatasınız.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Tərəzi - Fəaliyyətinizi daha effektiv etməyə çalışın. Zəhmətiniz hədər getməməlidir. Çətinliklərin öhdəsindən gəlməyin ən münasib yollarını arayın. Karyera müstəvisində irəliləməyə çalışın. İmic və vərdişlərn bir qismini dəyişməyin vaxtı çatıb.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə fikir ayrılıqlarını həll edin. Güzəştlərə meylli olun. Yaxın gələcəklə bağlı planları yaxınlarınızla müzakirə edə bilərsiniz. Səbirli, təmkinli olun. İradlara soyuqqanlı münasibət bəsləyin.
Axşam saatlarında gəzintiyə yollanmaq olar.
 
Əqrəb - Günün ilk yarısında qarşılaşdığınız problemlərin həlliü çün yanlış qərarlar verməyin. Rəğbət bəsləmədiyiniz insanlarla belə, yola getməyə, dil tapmağa çalışın. Situasiyadan yararlanın, fikir ayrılıqlarını aradan qaldırın.
Maliyyə məsələlərini çözmək üçün münasib zamandır.
Günün ikinci yarısında hesabları ödəyin, borcları qaytarın.
Yaxın ətrafınızdakı insanlar dediklərinizə qulaq asacaqlar. Onlara təsir etməyə çalışın. Məsləhət və yardım istəyəni dinləyin.
Sevdiyiniz insanla axşam saatlarında söhbət zamanı diqqətli olun. Həmin şəxsin hissləri ilə oynamayın.
Oxatan - Yaşam təcrübənizdən yararlanaraq qətiyyət və iradəli çalışsanız, işləri yoluna qoya bilərsiniz. Təşəbbüskar olun, yaxın ətrafınızdakı insanların resurslarından istifadə edin. Məntiqli olun, emosiyalara qapılmayın. İmkanlarınızla resurslarınızı dəqiq qiymətləndirin.
Günün ikinci yarısında həddən artıq ağır işə başlamayın. İfrat yorğunluq riski var.
Şəxsi münasibətlərdə aktiv olun. Dəyər verdiyiniz insan sizdən ilk addımı və ya konkret qərarı gözləyir. Dəyişikliklər olacaq. Lakin onların miqyas və intensivliyini anlamaq asan deyil.
Oğlaq - Günün ilk yarısından etibarən intensiv işləməyə başlayın. Son vaxtlar sizi narahat edən problemləri həll edin. Yarımçıq işləri tamamlayın. Vaxtınızı faydalı keçirin. Yeni biliklər əldə etmək, təcrübəni zənginləşdirmək üçün əlverişli zamandır. Çoxdan bəri planlaşdırdığınız layihəni reallaşdırmağa başlayın.
Günün ikinci yarısında aktiv olun. Dostlar və həmfikirlərlə bir araya gələrək kollektiv fəaliyyət göstərmək olar. Münasibətləri inkişaf etdirmək istəyirsinizsə, həssas və qayğıkeş olun.
Axşam saatlarında normal istirahət edin.
Dolça - Adi günlərdən fərqli olaraq daha çox işləməli olacaqsınız. Bir qədər əvvəl hazırladığınız planlardan imtina etməlisiniz. Mürəkkəb işləri yarımçıq qoymayın. Gərəkli nəticəni əldə edəndən sonra boş yerə çalışmadığınızı anlayacaqsınız. İşgüzar görüş pis keçməyəcək. İndiyədək ideyalarınızı kəskin tənqid edən insanlara təsir etmək imkanlarınız var.
Günün ikinci yarısında emosiyaların təsirinə uymayın. Xoş hisslər bəxş edəcək ünsiyyət olacaq. Təmasların gedişatı istək və niyyətlərinizdən asılıdır.
Ailənizdə kiçik fikir ayrılıqları mümkündür. Ciddi münaqişəyə yol verməmək üçün əlinizdən gələni edin.
Balıqlar - Uğurlu zamandır. İntuisiyanız güclü olsun. Situasiyadan asılı olaraq davranış modelini sürətlə dəyişmək, gərəkli sonuca nail olmaq üçün çeviklik nümayiş etdirmək gərəkdir. Yeni biliklər və bacarıqlar əldə edə bilərsiniz. Müttəfiqlərinizin yardımları ilə peşəkar müstəvidəki problemləri həll edə bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə sərvaxt olun. Gəzintiyə çıxmaq üçün pis zaman deyil. Yola çıxarkən darıxmayacağınıza əmin olun. Yaxşı dostlarla istirahət etməyə çalışın.
Milli.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}