Peskov: Rusiya və Ermənistanın Ukrayna ilə bağlı mövqeyi tamamilə fərqlənir


Moskva və İrəvanın Ukrayna ilə bağlı mövqeyi tamamilə fərqlidir, Rusiya haqlı olduğunu israrla izah etməyə davam edəcək.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Həqiqətən də Ukraynada baş verənlərə və Ukrayna ətrafındakı münaqişəyə dair diametral şəkildə əks mövqelərimiz var. Bu sirr deyil. Biz bu məsələdə onlarla razılaşmırıq və haqlı olduğumuzu israrla izah etməyə davam edəcəyik”, - o deyib.

Qeyd edək ki, Almaniyadakı erməni diasporunun nümayəndələri ilə görüşdə Ermənistanın Baş naziri Nikol Paşinyan bir daha İrəvanın Ukrayna məsələsində Moskvanın müttəfiqi olmadığını bəyan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}