AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı işdən çıxarılıb
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun 5 əməkdaşı əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı AMEA-nın Direktorlar Şurasının iclasında qərar qəbul olunub. Bildirilib ki, Memarlıq və İncəsənət İnstitutunun İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 elmi işçi vəzifələrindən azad ediliblər. Eyni zamanda İnstitutun bir neçə əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.
Xəbəri paylaş
Facebook-da paylaş