Ərdoğan: Turizm gəlirləri 54 milyard dollara çatıb
Türkiyənin turizm gəlirləri 2023-cü ilə nisbətən 17 faiz artaraq 54 milyard dollara çatıb. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib. Bildirib ki, dünyadakı bütün mənfiliklərə baxmayaraq, Türkiyə hədəflərinə doğru əzmlə irəliləyir: “Ötən il ölkəni 57 milyon turist ziyarət edib”. “Beynəlxalq sərmayəçilər arasında Türkiyə iqtisadiyyatına inamın artması bizi sevindirir”, - Ərdoğan qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş