Suren Papikyan ABŞ səfiri ilə regional təhlükəsizliyi müzakirə edib
Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-nin İrəvandakı səfiri Kristina Quinn ilə görüşüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər işçi nahar ediblər. Onlar regional təhlükəsizliyi, bu istiqamətdə ABŞ-Ermənistan əməkdaşlığını, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Xəbəri paylaş
Facebook-da paylaş