Şamaxıda öz qədimiliyi ilə seçilən küçələr baxımsız qalıb...-FOTO/VİDEO
Enişli-yoxuşlu yollarda batıb qalan avtomobillər, saysız- hesabsız palçıqlı çalalar... Bu görüntülər Şamaxının mərkəzi küçələrindəndir. Şəffaflıq.az BakuTv-yə istinadən xəbər verir ki, qeyd olunan küçələrin sakinləri yolların baxımsız qaldığnı bildirirlər. Sarıtorpaq, Mirzə Məmmədhəsən və Salman Mümtaz küçələri öz qədimliyi ilə seçilsə də, yollardakı problemlərin özü artıq tarixə çevrilib. Sakinlər deyir ki, küçələr mövcud olduğu gündən bu günə qədər asfalt yolu olmayıb. Nə şikayətlərinə baxan var, nə də səslərini eşidən... Sürücülərlə yanaşı piyadaların da günü qara olub. Palçıqlı yollarla məktəbə gedib-gələn valideyinlər uşaqların iki cüt ayaqqabıdan istfadə etdiyini bildirirlər. Öyrəndik ki, şəhərin su-kanalizasiya sisteminin yenilənməsi zamanı küçəyə su ötürücü qurğuları qoyulmayıb. Bu səbəbdən də sel küçələrdə dağıntılara səbəb olur. 2 il əvvəl Şamaxı rayon icra hakimiyyətinin Şəhər İcra nümayəndəsi Asif Şirəliyev 1 il ərzində adıçəkilən küçələrdə də abadlıq işləri aparılacağını desədə problem olduğu kimi qalıb. BakuTv-in mövzu ilə bağlı video reportajını təqdim edirik.
Facebook-da paylaş