Polis vətəndaşlardan qanunsuz saxlanılan avtomat və tüfənglər götürüb


Polis əməkdaşları ötən gün vətəndaşlardan qanunsuz saxlanılan 1 avtomat, 3 tüfəng aşkar edərək götürüb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanvarın 3-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng və 27 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Həmçinin, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}