Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, noyabrın 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat, 1 ədəd tapança, 22 ədəd alışdırıcısı, 5 patron darağı, 346 ədəd müxtəlif çaplı patron və 16 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 1 ədəd avtomat, 8 ov tüfəngi, 16 patron və 2 patron darağı aşkar edilərək götürülüb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş