Azərbaycan futzal millisi Niderlanda məğlub olub


Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

“Report”un məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə 4 xalla sonuncu yeri tutub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}