Taekvondo hakimləri üçün seminar keçirilir
Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə beynəlxalq və milli hakimlərin təkmilləşdirilmə kursu, yeni hakimlər üçün Respublika seminarı keçirilir. ATF-dən verilən məlumata görə, tədbirə 50 nəfər qatılıb. ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçirilən seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyır. Qeyd edək ki, tədbir dekabrın 17-də başa çatacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş