Əsas Səhifə > İdman > Taekvondo hakimləri üçün seminar keçirilir

Taekvondo hakimləri üçün seminar keçirilir


16-12-2023, 14:38


Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə beynəlxalq və milli hakimlərin təkmilləşdirilmə kursu, yeni hakimlər üçün Respublika seminarı keçirilir.

ATF-dən verilən məlumata görə, tədbirə 50 nəfər qatılıb.

ATF-nin baş hakimi, beynəlxalq dərəcəli referi Gündüz Abdullayev tərəfindən keçirilən seminar ölkə çempionatı və birinciliklərinə seçim xarakteri daşıyır.

Qeyd edək ki, tədbir dekabrın 17-də başa çatacaq.

Şəffaflıq.az


Geri qayıt