Antiterror tədbirlərində şəhid olan hərbçilərin ailə üzvlərinə ödənişlərin verilməsinə başlanılıb
Lokal xarakterli antiterror tədbirlərində şəhid olan hərbçilərin və DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd və sosial ödənişlərin verilməsinə başlanılıb. Bu barədə "Report"un sualını cavablandıran Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov məlumat verib. Onun sözlərinə görə, fondun əməkdaşları həmin şəxslərə ödənişlərin verilməsi üçün sənədləri toplayıt və operativ şəkildə təyin olunur: "Həm şəhid olan hərbi qulluqçuların, həm də DİN əməkdaşlarının ailə üzvlərinə təqaüd ödənişləri tam şəkildə həyata keçirilir. Dövlət icbari şəxsi sığorta ödənişləri isə şəhid ailəsi üzvlərinin 70-80 faizinə təyin olunub. Çünki bir sıra ailələrdə müvafiq sənədlərin hazırlanması və vərəsəlik işləri müəyyən qədər vaxt alır. Bu sənədlər də fonda təqdim olunduqca digər şəxslərə də icbari şəxsi sığorta ödənişləri təyin olunacaq. Pensiya təyinatları üçün isə məlumat vərəqələri aidiyyəti dövlət orqanları tərəfindən göndərilməlidir. Bir qisim hərbi qulluqçu barədə məlumat vərəqələri artıq göndərilib, digərləri də hazırlanmaqdadır. Onlar da təqdim olunduqdan sonra ödənişlərin təyinatı həyata keçiriləcək”. Şəffaflıq.az
Facebook-da paylaş