Ərdoğan: “Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək və regionda baş verənləri nəzərə alaraq güclü olmalıdır”.
“Türkiyə öz ordusunu gücləndirməkdə güzəştə getməyəcək və regionda baş verənləri nəzərə alaraq güclü olmalıdır”. Şəffaflıq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyadan qayıdanda jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda pilotsuz uçuş aparatı Türkiyənin ən güclü inkişaf sahəsidir: “Bundan əlavə, biz Hərbi Dəniz Qüvvələri baxımından yaxşı mövqe tutmuşuq. Quruda da yaxşıyıq. Hazırda biz NATO ölkələri arasında Quru Qoşunlarının sayına görə beşinci yerdəyik. Xüsusi Təyinatlı Qüvvələrimiz xüsusilə yüksək səviyyədədir. Biz bu məsələlərdə güzəştə gedə bilmərik. Ölkəmiz gələcəkdə, haqqında danışdığımız türk əsrində daha da güclü olmağa hazırlaşır. Bölgədə baş verən hadisələri görürsüz. Biz güclü olmalıyıq”. O, həmçinin digər dövlətləri Türkiyənin artan hərbi gücündən narahat olmamağa çağırıb, çünki böyük və güclü Türkiyə planetdə sülhün bərqərar olmasına xidmət edir və bəşəriyyətin vicdanı və şərəfi naminə hərəkət edir.
Facebook-da paylaş